Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb

Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.
"Report”un Qərb bürosunun verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























