• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə snayper kursları açılır

Ölkəmizdə snayper kursları açılır
14.11.2014 11:20
"Xanımların da bu kurslara cəlb olunmaları üçün müəyyən addımlar atılacaq".

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün snayper kursları təşkil edəcək.ANN.Az xəbər verir ki, bu barədə AzVision.az- a xidmətin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən məlumat verilib. Cəmiyyətdən bildirilib ki, hazırda snayper kurslarının başlanması istiqamətində işlər davam etdirilir: 

“Kursların başlaması ilə bağlı bütün hazırlıq işləri tamamlanıb. Hansısa bir güc strukturundan sifarişlər olsa kurslar başlayacaq. Qanunvericiliyə əsasən ,Dövlət Sərhəd Qoşunları, Müdafiə Nazirliyinin Xüsusi Dövlət Mühafizə Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından hər hansı bir sifariş verilərsə biz kurslara başlayacağıq. Kurslarda iştirak edəcək olanların sayı sifarişlərdən aslıdır”.Cəmiyyətdən həmçinin bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağrışçı snayper kurslarına cəlb oluna bilər. Cəmiyyətdən xanımların gələcəkdə snayper kurslarına cəlb olunması məsələsinə də aydınlıq gətirilib:“Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə yəqin müəyyən addımlar atılacaq. Yəqin ki, bununla bağlı müəyyən təkliflər hazırlanar və Nazirlər Kabinetinə təqdim olunar. Amma hələ ki, belə bir təkilf yoxdur”.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol