• $
  • €
  • ₽
  • ₺
  • £

“Anar bu cəmiyyətdən yaralı və nigaran getdi” - Atası

“Anar bu cəmiyyətdən yaralı və nigaran getdi” - Atası
07.08.2018 13:20
Bir neçə gün əvvəl dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə fikirlərini Modern.az-la bölüşən Rizvan Cəbiyev bundan sonrakı ömrünü oğluna həsr edəcəyini deyib.

"Anarla bağlı bir film çəkilməsini istəyirəm. Fikrim var ki, ssenarini ya mən, ya dostlardan kimsə hazırlasın. Hətta, çəkiləcək filmin adına qədər fikirləşmişəm. Hamının tanıdığı və heç kəsin görmədiyi Anar. Bu formada sənədli filmin gerçəkləşməsini istəyirəm. Onun kitablarının da nəşr olunmasını istəyirəm. Bu gündən sonra nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm.Mütləq şəkildə oğlumu reabilitasiya etmək istəyirəm. Anar bu cəmiyyətdən yaralı və nigaran getdi. Ona görə də bunları etmək atalıq borcumdur”.

Rizvan Cəbiyev oğlunun övladlarını evinə gətirmək məsələsinə də toxunub.

"Uşaqların anası var. İstəsəydim, zamanında istənilən formada uşaqları geri alardım. Amma uşaq ananın yanında olar. Uşaqları çox sevən anaları var. Ana qucağı uşaq üçün hər şeydir. Vətənə də ana deyirlər. Bu söz boşuna deyilmir. Hər şeydən öndə anadır. Pis odur ki, uşaqların anası onları bizimlə görüşdürməyə razı olmur. Düşünürəm ki, onu da hüquqi formada yoluna qoyacağıq. Çünki o  uşaqlar bizim qanımızdır. Ürəyim çox istəyir ki, o uşaqları görüm. Anarın qoyub getdiyi iki əsər var. Biri yazılı əsərdir, digəri isə Allahın göndərdiyi əsərdir. Uşaqlar Anarın ən böyük əsəridir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol