• $
  • €
  • ₽
  • ₺
  • £

Oturaq işçilərin böyük dərdi - boyun ağrısı

Oturaq işçilərin böyük dərdi - boyun ağrısı
14.11.2014 09:37
Mütəxəssislər kompüter arxasında, yaxud oturaq işlə məşğul olanlarda günü-gündən boyun ağrısının çoxalmasına dair faktların artdığını deyirlər.

Kompüter başında əyilərək işləməklə artan boyun ağrıları onurğa sütununda yırtıqların meydana gəlməsini tezləşdirir, sinirləri təzyiq altında saxlayır, bu ağrılar diqqətə alınmadığı təqdirdə ayaqlarda gücsüzlük və hətta sidik qaçırma kimi sağlamlıq problemlərinə gətirib çıxarır.Masa başında işləyənlər risk altındaOrtopediya və Travmatologiya mütəxəssisləri qeyd edirlər ki, hərəkətsiz həyat -  masa başında əyləşərək işləmək günü-gündən boyun ağrılarının artmasına gətirib çıxarır, amma adamlar bu ağrıları ən əvvəl elə də ciddi hesab eləmirlər. İlk zamanlar ağrılardan qaçmaq üçün düzgün olmayan hərəkətləryerinə yetirilir ki, bu da mütləq boyun yırtığı xəstəliyinə gətirib çıxarır,  qol və qıçlarda gücsüzlük, əllərdə uyuşma, hərəkət məhdudluğu hətta sidik qaçırma hallarınadək gəlir.Həkimlər hesab edir ki, ağırlaşdırılmış formaya düşən bu kimi xəstələrə cərrahi müdaxilə yardım edir, amma bundan əlavə xəstələrin özləri üçün daha çox lazım olan digər yollardan da istifadə eləmək lazımdır. Statustikaya görə, masa arxasında əyləşib işləyən hər 3 adamdan birində boyun yırtığı xəsətliyi var. Xəstəliyin ilk mərhələsində düzgün oturuş, hərəkətsizliyi aradan qaldırmaqla ağırlaşdırıcı formadan qaçmaq mümkündür. Mütəxəssislər vurğulayır ki, bir mövqedə ən çox 20 dəqiqə dayandıqdan sonra iki dəqiqəyə qədər işə ara vermək ya da başqa bir işlə maraqlanmaq daha doğru yoldur. Bu müddətdə sıxışmağa məruz qalan sinirlər və damarlara rahatlama şansı vermiş oluruq.Müasir tibb masa arxasında əyləşənlərin yırtıq xəsətliklərindən qurtulmaq üçün yeni metod təklif edirlər. Əslində bu metodun tarixi qədimdir.Proloterapiya yeniləmə və təmir etmə mənasını verir və  1930-cu illərdən günümüzə qədər tətbiq olunur. Proloterapiyanın xüsusilə oynaq, əzələ, skelet və digər toxuma problemlərində müvəffəqiyyətlə tətbiq olunan bir müalicə metodu olduğunu söylənilir. Ziyanlı toxumaya inyeksiya edilən və xüsusi bir məzmuna sahib olan "Proliferant solisyon" ağrının qaynağı olan ziyanlı bölgədə bədənin təmirçi hüceyrələrini aktiv hala gətirir. Bədənin öz özünü yaxşılaşdırma sistemini dövrəyə soxan bu üsul sayəsində təbii bir müalicə tətbiq edilmiş olur. Proloterapiya - zəifləmiş və köhnə funksionallığını itirmiş oynaqları, qığırdaqları, ligamentleri, əzələləri və tendonları gücləndirərək təkrar köhnə sağlam və güclü halına gətirməyi təmir edir.Bu müalicə yolu ilə ağrıları dərman ya da cərrahı əməliyyat keçirmədən xəstəlik qaynağından yox edilir və bədən öz-özünü yaxşılaşdırmış olur.ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol