• $
  • €
  • ₽
  • ₺
  • £

Gözətçi oğrunu xəstəxanalıq etdi

Gözətçi oğrunu xəstəxanalıq etdi
09.08.2018 11:57
Bakıda oğrunu hələ həbsxananın dəmir barmaqlıqları arasına düşməmiş cəzalandırıblar. Gözətçi yaxaladığı oğrunu elə döyüb ki, o, gözünü açanda özünü xəstəxana yatağında görüb.

BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 3-də, saat 21:10-da Xocahəsən qəsəbəsində naməlum şəxs mühafizə olunan avtomobil dayanacağının ərazisinə gəlib və Lənkəran rayon sakini, 1976-cı il təvəllüdlü Ətrafi Salayevə məxsus Daf markalı yük avtomobilindən iki akkumulyatoru söküb. 

Oğrunu iş başında elə həmin avtodayanacağın gözətçisi, 1992-ci il təvəllüdlü Quliyev Şəhriyar İltimas oğlu yaxalayıb. Gənc gözətçi oğrunu saxlayaraq elə döyüb ki, o, xəstəxanalıq olub. Oğrunu avtodayanacaqdan birbaşa Kliniki Tibbi Mərkəzə aparmalı olublar.

Hazırda pasientin durumu qənaətbəxş qiymətlənirilir.


Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluq etdiyinə görə Qaradağ rayon Polis İdarəsi tərəfindən axtarılan 1983-cü il təvəllüdlü Hacıyev Ramil Ramiz oğludur.

Faktla bağlı araşdırma aparılır. Hacıyevin digər oğurluq faktlarında iştirakı araşdırılır.

Şəhər polisinin verdiyi statistik məlumata görə, bu sutka ərzində Bakıda 29 şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan 6 oğurluq faktının üstü açılıb.

Bundan əlavə, avqustun 6-da ayın 1-dək törədilmiş daha 3 oğurluğun üstü açılıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol