Baş nazirdən ad və soyadın verilməsi ilə bağlı - Yeni qərar

Azərbaycan Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Reportun xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə "Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























