• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir

Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir
09.08.2018 14:44
Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir
 
9 avqust 2018-ci il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur. 
 
"Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster "Buta Airways” aviaşirkətinin payına isə 259 min sərnişin düşmüşdür.
 
Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın,  12 faizi  isə "Buta Airways”in payına düşmüşdür. 
 
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçmuşdur.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
 
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.
 
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol