• $
  • €
  • ₽
  • ₺
  • £

"İstək" liseylərinin Valideyn Komitəsi Təhsil Nazirliyinə etiraz edir

"İstək" liseylərinin Valideyn Komitəsi Təhsil Nazirliyinə etiraz edir
09.08.2018 15:25
Yüksək təhsil səviyyəsi ilə ölkənin digər məktəbləri arasında seçilən "İstək" liseyləri təsisçinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyətlərini dayandırıb və Təhsil Nazirliyi lisey şagirdlərinin digər məktəblərdə yerləşdirilməsi barədə qərar verib. Lakin  şagirdlərin valdeynləri liseylərin açılacağına inanır və heç bir  valideyn uşaqlarının sənədlərini məktəbdən götürmür, bunu Anews.az saytına açıqlamasında Valideyn komitəsinin üzvü Mehriban Əliyeva söyləyib.  
 
"Son vaxtlar Təhsl Nazirliyi  valideynlərin  uşaqlarının sənədlərini  götürməsi və başqa məktəbə keçirmələri barədə prosesin uğurla davam etməsi barədə yanlış məlumat yayıb. Bu məlumat ölkənin  bir çox mətbu orqanlarında da öz əksini  tapıb. İndiyə kimi heç bir valideyn övladının sənədlərini məktəbdən götürməyib. Biz müxtəlif instansiyalara müraciət etmişik və məktəblərin fəaliyyətinin bərpa olunması uğrunda  mübarizə aparırıq. Bu kimi yanlış məlumatlar ancaq ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır", deyə komitə üzvü  vurğulayıb. 
 
Onun sözlərinə görə, hazırda valideynlər məktəblərin onların şəxsi təşəbbüsü ilə yaradılan hüquqi şəxsə idarəçiliyə verilməsi uğrunda mübarizə aparırlar. "Bu məktəblər xüsusi  təhsil  sisteminə malikdir. Bizim uşaqlar burada ingilis dilində təhsil alıb. Onların digər məktəblərə köçürülməsini qeyri mümkün  dəyərləndiririk. Biz inanırıq ki, ölkə rəhbərliyi bu işə qarışacaq və məktəblər işini  davam etdirəcəklər",  deyə Mehriban Əliyeva bildirib.  
 
Xatırladaq ki,  avqustun 8-də  Təhsil Nazirliyinin mətbuat xidməti iyulun 9-dan İstək liseylərinin şagirdlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən, digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şəraitin yaradılması, artıq çox sayda şagirdin valideynlərinın dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət etməsi və müvafiq məktəblərdə yerləşdirilməsi barədə məlumat yayıb.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol