• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəblər nə üçün Azərbaycana gəlir?

Ərəblər nə üçün Azərbaycana gəlir?
10.08.2018 09:48
Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri üçün tətillərini keçirmək üçün əla seçimdir.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "The National" nəşri yazıb. Nəşrdə Azərbaycanla bağlı məqalədə Bakının tanınmış yerləri və Azərbaycanda istirahət etməyən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün üstünlüklərindən yazılıb.

Məqalədə bildirilir ki, Bakıda İçərişəhərin gözəl divarları arasında atəşli qalaları görə bilərsiniz.

"Şəhərin mərkəzində 1100-cü illərdən qalır. Karvansarayda 1500-cü illərin yataqları və səhər yeməyini dada, Manqalda 29 metrlik Qızqalası yanında balqabaq qutabı yeyə bilərsiniz". Məqalədə həmçinin son vaxtlar ASAN viza rejiminin tətbiqinə də diqqət çəkilib.

"Keçən ay Azərbaycanda viza ilə bağlı qəbul edilən qərarlar Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının asan şəkildə viza almasına imkan yaradır. Əvvəllər bunun üçün onlar səfirliyə müraciət etməli idilər.

9 milyondan çox insanın yaşadığı Azərbaycan tarix boyunca Avropa ilə Asiyanın bir parçası olub. Dubay və ya Abu Dabidən bura sadəcə 2.5 saata uçmaq mümkündür.

Azərbaycanın yeni viza siyasətinə görə Birləşmiş Ərəb Əmirliklərinin bütün vətəndaşları ölkəyə daxil olan kimi bir aylıq turist vizası ala bilər.

Azərbaycan ərazisinə daxil olan və 15 gündən çox qalan bütün əcnəbilər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər. Əgər siz Azərbaycanda 15 gündən çox qalmaq istəyirsinizdə, qeydiyyatdan keçmək üçün qaldığınız oteldən kömək istəyə bilərsiniz. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını ziyarət edən heç kəs viza ala bilməz".

Məqalədə Azərbaycanın tanınmış turizm məkanları barədə məlumatlar və fotolar yer alıb:

"Azərbaycanın bu gözəl şəhəri - Bakını mütləq ziyarət edin. Şəhərin mərkəzindəki restoranlara baş çəkin, Qobustandakı qədim daşların üzərindəki rəsmlərə baxın".

Daha sonra sayt Azərbaycanda ziyarət edilməli olan tarixi yerlər barədə fotolarla məlumat verilib. (publika.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol