• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov: "Görüntünün medianın əlinə necə düşməsi sual doğurur"

Əflatun Amaşov: "Görüntünün medianın əlinə necə düşməsi sual doğurur"
13.11.2014 15:52
“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistana məxsus hərbi helikopterin vurulmasına Azərbaycan mediasının diqqət göstərməsini təbii qarşılayıram. Eləcə də hadisə ilə bağlı kütləvi informasiya vasitələri və xəbər portallarının video görüntü paylaşmaq istəyini də anlayıram. Amma məsələdə hansısa tələskənliyə yol vermək doğru deyil. Bu barədə Müdafiə Nazirliyi ilə ciddi dəqiqləşdirilmələr aparılmalıydı. İlk mənbə məhz Müdafiə Nazirliyinin özü olmalıydı».ANN.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” prezident sərəncamının olduğunu xatırladıb.

O bildirib ki, sözügedən sənəd bu kimi informasiyaların yayılması ilə bağlı məsuliyyət kateqoriyalarını müəyyənləşdirmək baxımından önəmlidir: «Helikopterin vurulma anını hansısa jurnalist lentə ala bilməzdi. Belə olan halda həmin görüntünün medianın əlinə necə düşməsi də sual doğurur. Düşünürəm ki, bu, ciddi şəkildə araşdırılmalıdır. Hansısa naşılıq və sui-istifadə varsa, aradan qaldırılmalıdır. Məsələyə kompleks yanaşılmalıdır. Çünki belə hallar gələcəkdə böyük fəsadlar verə bilər. Bir daha həmkarlarımdan və əlaqədar strukturlardan bu kimi mühüm məsələlərə məsuliyyətlə yanaşmağı xahiş edirəm». ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol