• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatımız Türkiyədə mükafat aldı -FOTO

Deputatımız Türkiyədə mükafat aldı -FOTO
10.08.2018 21:18
Türkiyənin Kapadokya şəhərində Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Uçhisar bələdiyyəsinin təşkilatçılığı ilə AXC və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümünə həsr olunmuş gecə keçirilib.
 
Axar.az xəbər verir ki, tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları haqda danışıb.
 
O, həmin zamanlarda erməni daşnaklarının rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirdiyini və Cümhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəldiyini deyib:
 
"O ordunun içərisində Nevşehirdən də dədələrimiz var və bu gün Bakıda Türk Şəhidliyində yatırlar. Onların xatirəsinə qədim Kapadokyada, Nevşehirdə abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bugünkü və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid olub. Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu birliyimizi daha da gücləndirib, zəfər qazanacağıq”.
 
Tədbirdə çıxış edən Uçhisar bələdiyyə başqanı Əli Karaarslan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.
 
Sonda Uçhisar bələdiyyə başqanı tərəfindən Qənirə Paşayevaya türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı plaket təqdim olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol