• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zibillikdən 52 kq qəpik tapıldı - FOTO

Bakıda zibillikdən 52 kq qəpik tapıldı - FOTO
29.05.2020 08:48
Bakıda son 5 ayda toplanan məişət tullantıları arasından 52 kiloqramadək müxtəlif növdə qəpik yığılıb. Həmin pullar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aid Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək zibil kütləsindən ayrılıb.“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Babayevin verdiyi məlumata görə, şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir. Burada isə qarışıq tullantının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir. Bu zaman tullantıların içindən tapılan əşyalar da tullantıdan ayrılır. Bu tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyəti qurumlara təhvil verilir.Son 5 ayda toplanmış qəpiklər təmizlənib yığılaraq Mərkəzi Banka təhvil olunacaq və qəpiklərin dəyəri qədər kağız pullarla əvəz olunacaq. “Təmiz Şəhər” ASC həmin vəsaitlə xeyriyyə məqsədilə müxtəlif hədiyyələr alaraq Bakıda yerləşən uşaq evlərindən birinə bağışlayacaq.//Trend
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol