• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyat İnstitutuna sənəd qəbulu başlayıb

İlahiyyat İnstitutuna sənəd qəbulu başlayıb
14.08.2018 22:48
Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ilində qəbul olunmuş abituriyentlərin qeydiyyatı başlayıb.
 
İnstitutdan AzVision.az-a bildirilib ki, qeydiyyatdan keçmək üçün tam orta təhsil haqqında sənədin (attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018–ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom), abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir-3 nüsxə) təqdim olunmalıdır. Bundan əlavə, hər bir abituriyent şəxsiyyət vəsiqəsinin əsli və surətini (3 nüsxə), ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surətini (oğlanlar üçün 3 nüsxə), tibbi (sağlamlıq haqqında) arayış (Forma 086) və 3×4 ölçüdə ağ fonda fotoşəkil (6 ədəd) təqdim etməlidirlər. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu avqustun 16-dan 28-nə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17–dək Yasamal rayonu, Əhməd Cəmil küçəsi 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binası) aparılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol