• $
  • €
  • ₽
  • ₺
  • £

Üçüncü uşaq istəyən valideynlərə şad xəbər

Üçüncü uşaq istəyən valideynlərə şad xəbər
29.05.2020 00:05
Azərbaycanda ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib. Bu təkliflərin gələn il ərzində müvafiq qurumlar tərəfindən hazırlanaraq hökumətə təqdim edilməsi planlaşdırılır.Nazirlikdən bildirilib ki, son illər ölkədə çoxuşaqlı ailələrdən orta uşaqlı ailələrə keçid meylinin güclənməsi müşahidə olunur. Belə ki, 1999-cu və 2009-cu illərdə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 18 yaşadək uşaqları olan ailələrin (ev təsərrüfatlarının) sayının 2,8 faiz artmasına baxmayaraq, 3 uşaqlı ailələrin sayı 19,7 faiz, 4 və çox uşaqlı ailələrin sayı isə 40,8 faiz azalaraq, 2009-cu ildə müvafiq olaraq 261.9 min və 126.7 min ailə təşkil edib.Bu dövr ərzində 3 və daha çox uşaqları olan ailələrin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə azalması baş verib. Belə ki, 3 uşaqlı ailələrin xüsusi çəkisi 26 faizdən 20 faizə qədər, 4 uşaqlı ailələrin xüsusi çəkisi isə 17 faizdən 10 faizə qədər azalıb.Azərbaycanda selektiv abortların qarşısının alınması üçün doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planı hazırlanaraq təsdiq ediləcək. Müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsinə görə, bu kimi halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah oluna bilər.Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol