Türkiyədə azərbaycanlı yeniyetmə öldü

Azərbaycandan Türkiyənin İzmir şəhərinə qohumlarını görməyə gedən 16 yaşlı yeniyetmə həyatını itirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ölümünə sürdüyü motosikletin dərəyə yuvarlanması səbəb olub.
Nail Quliyev adlı yeniyetmənin öldüyü qəza İzmirin Berqama rayonunda qeydə alınıb.
Məlum olub ki, onun ölümünə motosikleti kasksız idarə etməsi səbəb olub. Yeniyetmənin meyiti Berqama Necla Mithat Öztüre Dövlət Xəstəxanası morquna aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























