• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşətli iqlim dəyişikliyi - Fəsil anlayışı yox olacaq

Azərbaycanda dəhşətli iqlim dəyişikliyi - Fəsil anlayışı yox olacaq
12.11.2014 15:24

Azərbaycan iqlim dəyişməsindən ən çox ziyan çəkən ölkələrdən biri olacaq

AMEA Coğrafiya İnstitutunun direktoru: "Fəsil anlayışı yox olacaq, bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta görə biləcəyik"

Azərbaycan iqlim dəyişməsindən ən çox ziyan çəkən ölkələrdən biri olacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov APA-ya açıqlamasında deyib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişmələri ilə bağlı hesabatında iqlim dəyişməsindən ən çox ziyan çəkəcək 39 ölkənin adı çəkilir. Azərbaycanın da həmin siyahıya düşdüyünü deyən institut direktoru qeyd edib ki, ölkənin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır.

 

R.Məmmədov vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlimlə bağlı hazırladığı sonuncu hesabatda ekstremal halların sayı çoxalacağı qeyd olunub: “Yəni, güclü yağışların yağması, tufanların olması kimi halların sayı çoxalacaq. Bir mövsümdə, məsələn, yayda həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta görə biləcəyik. Belə hallar olacaq. Fəsil anlayışı - payız, qış, yaz, yay yox olacaq və tarixə çevriləcək”.

 

Direktorun sözlərinə görə, BMT-nin hesabatında kənd təsərrüfatı məhsuldarlığının, xüsusən buğda məhsullarının azalacağı bildirilib. O qeyd edib ki, iqlimin dəyişməsi katastrofik hallara gətirib çıxaracaq və bundan da ən çox kasıb, dənizlərin, okeanların sahil zonasında yerləşən ölkələr ziyan çəkəcək. R.Məmmədov əlavə edib ki, BMT-nin bu hesabatı gələcək 30-50 il üçün nəzərdə tutulub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol