• $
  • €
  • ₽
  • ₺
  • £

“German Hospital”da FACİƏ- Bakıda

“German Hospital”da FACİƏ- Bakıda
17.08.2018 12:56
İyulun 30-u Bakıda yerləşən "German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

Anews.az xəbər verir ki, bu barədə şikayət edən valideyn Yusif Sadiyev Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər.

"Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.

Qeyd edim ki, nə analizin nəticəsi, nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud "German”da davam etməsinin bir fərqi yoxdur. Biz müalicənin "German”da davam edilməsini istədik.

Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.

"Dedilər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini "bizdə lazımi şərait yoxdur” deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir”.

Məsələ ilə bağlı "German Hospital”la da əlaqə saxladıq. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini qeyd ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol