• $
  • €
  • ₽
  • ₺
  • £

Döş xərçənginin qarşısını alır — NOXUDUN BİLMƏDİYİMİZ FAYDALARI

Döş xərçənginin qarşısını alır — NOXUDUN BİLMƏDİYİMİZ FAYDALARI
17.08.2018 19:37
Alimlər həftədə iki dəfə noxud qəbul etməyi məsləhət görürlər.
"Ölkə.Az” xəbər verir ki, noxud DNA-da xərçəng hüceyrələrinin formalaşmasının qarşısını alır və strukturu qoruyur.

Bu xüsusiyyəti ilə noxud xərçəng hüceyrələrinin orqanizmdə yayılmasının, inkişafının qarşısını almağa kömək edir. Noxud xüsusən də döş xərçənginə qarşı qoruyur. Eyni zamanda ostrogen hormonunu sabitləşdirir və menopoz dövründə faydalı olur. Bu dövrdə ortaya çıxan istilik və tər kimi şikayətlərin azalmasına kömək edir.

Noxudun tərkibində kalsium, maqnezium, potasium, selenium, sink və dəmirlə yanaşı, A vitamini var. Bundan başqa noxud betakarotenlə də zəngindir. Noxudun tərkibindəki selenium bağırsağın fəaliyyəti üçün faydalıdır. Bu zaman da orqanizmdə xərçəngə səbəb olan maddələrin zəhərli təsirinin ortadan qaldırılmasını dəstəkləyir.

Selenium eyni zamanda şişin yaranmasının qarşısını almağa da kömək edir. Noxud bağırsaqda zərərli bakteriyaların inkişafının qarşısını alır, həzm sistemi üçün faydalı olan bakteriyaların yaranmasını dəstəkləyir, xərçəng riskini azaldır, həzm sistemini qoruyur və mədəni qüvvətləndirir.
Alimlər qeyd edirlər ki, noxudun isladıldığı suyu içmək olmaz. Onun tərkibində vitamindən çox zəhər var.

Suda şişən noxud suya mədə tərəfindən həzm edilməyən, zəhərli maddə, qazlar buraxır. Bu səbəbdən noxud yumşaldıqdan sonra suyu atın və təzə suya qoyun, yeməyi bişirin.

Döş xərçənginə qarşı qoruduğu üçün qadınlar noxuddan çox istifadə etməlidirlər. Noxudun müntəzəm qəbul edilməsi şəkər xəstəliyinin də qarşısını alır. Eyni zamanda qan təzyiqini stabilləşdirməyə kömək edir, ürəkbulanması, baş gicəllənməsi və baş ağrısı kimi problemləri də aradan qaldırır.
Noxudun tərkibindəki amin turşusu yuxunu da stabilləşdirir. Orqanizmin imunitet sistemini gücləndirir və xəstəliklərə yoluxma riskini azaldır. Tərkibindəki fosfor isə sümük və diş strukturunu gücləndirir.

Noxud xoşbəxtlik hormonlarına təsir etdiyi üçün depresiyanı da azaldır. Xolesterolu stabilləşdirir, ürək damarlarını açır, ürəyi qoruyur. Zehni yorğunluğu aradan qaldırır, yaddaşı gücləndirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol