• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakinlərinə şad xəbər

Bakı sakinlərinə şad xəbər
28.05.2020 23:29
Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətindən virtualaz.org-a paytaxt küçələrinin xüsusi texnika vasitəsilə təmizlənəcəyi ilə bağlı məlumat daxil olmuşdu. Həmin texnika indiyə qədər küçələrdə təmizlik işləri aparan süpürgəçi qadınları əvəzləyəcək.

Son dövrlər yol təmizləyən qadınların sürətlə şütüyən avtomobillər tərəfindən vurulması hallarına tez-tez rast gəlinirdi. Sonuncu belə hadisə ötən həftə Nəsimi rayonunda baş vermişdi. Təxminən 55-60 yaşında qadın yol kənarını təmizləyərkən vurulmuşdu. Paytaxt rəhbərliyi belə halların qarşısını almaq üçün bir sıra addımlar atmağa başlayıb. Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.


Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın "Yaroslaviç" İstehsalat Müəssisəsi "KDM76-15” "Yaroslaviç” 5 ədəd kommunal-yol maşınlarının növbəti partiyasını ötən gün Azərbaycana yola salıb. "KamAZ-65115” şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Onlar həm şəhər, həm də şəhərətrafı yollarda istifadə oluna bilər.

Qış aylarında bu texnika vasitəsilə şəhər küçələrini qardan təmizləmək mümkündür. Həmçinin yeni texnika ilə yola duz və maye səpmək olar. Yay aylarında isə yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında istifadə oluna bilər.

Bütün zəruri avadanlıqla təchiz edilmiş texnika sınaqlardan keçirilib və istismara tam hazırdır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol