• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc zamanı olan qasırğada azərbaycanlı zəvvarlar xəsarət alıb?

Həcc zamanı olan qasırğada azərbaycanlı zəvvarlar xəsarət alıb?
20.08.2018 12:35
"Dünən axşam saatlarında Ərəfatda qısa müddətli qasırğa olub. Eyni zamanda güclü yağış yağıb və külək əsib. Təbii fəlakət nəticəsində azərbaycanlı zəvvarlardan xəsarət alan və zərərçəkən olmayıb”.

Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, həmin vaxt azərbaycanlı hacı namizədlərinin bəziləri Minada, digərləri isə hoteldə olublar: "Kimsə sosial şəbəkədə hansısa şəkli yayaraq zəvvar yaxınlarını təşvişə salıb. Onların ailələrinə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur və hər şey qaydasındadır. Hər kəs sağ-salamatdır. Kimsənin səhhətində hansısa problem yoxdur”.

H.Babayev bildirib ki, azərbaycanlı zəvvarların hamısı hazırda Ərəfatda ibadətlə məşğuldur: "Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurban kəsəcəklər”.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol