Nişanlı cütlüyün bir yerdə faciəvi ölümünün TƏFƏRRÜATI

Faktxəbər-in redaksiyası ilə əlaqə saxlayan hadisə şahidlərindən biri – Güllü xanım bu məsələdən narahat olaraq təfərrüat barədə məlumat verib. Onun sözlərinə görə, nişanlı cütlükləri, əsasən də qızı şəxsən tanıyıb: "Yusifə və qardaşı yetim idilər, anaları-ataları ölmüşdü. Qardaşı da hicab məhbusu olub, həbsxanadan təzə çıxmışdı. Onların ev şəraiti bərbad vəziyyətdə idi".
Güllü xanımın bildirdiyinə görə, faciə baş verən gün qız hamamda paltar yuyurmuş: "Rəhmətlik çox arıq və çəlimsiz qız idi. Nişanlısı da gəlib görüb ki, qız paltarı yumaqda əziyyət çəkir, başlayıb ona kömək etməyə. Yəqin ki, qaz da bir yerdən sızırmış. Bunlar da dəm qazından boğulublar".Güllü xanım onu da əlavə edib ki, hadisə deyildiyi kimi gecə saatlarında baş verməyib: "Faciə saat 8 radələrində olub. Qardaşı gələndə görüb ki, bacısı bir tərəfdə əlində paltar sıxan yerdə yıxılıb, nişanlısı da digər tərəfdə. Artıq gec idi, çoxdan keçinmişdilər".Xatırladaq ki, Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov evdə dəm qazından boğularaq ölüblər. Hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.//qaynar.info























