• $
  • €
  • ₽
  • ₺
  • £

Rəfiqəsini balta ilə hissələrə doğrayan qadın: Məni bezdirmişdi + FOTO

Rəfiqəsini balta ilə hissələrə doğrayan qadın: Məni bezdirmişdi + FOTO
20.08.2018 17:15
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Oxu.Az-ın məlumatına görə, bu il fevralın 16-sı, səhər saat 09:00 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.
 
Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub. 
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib. 
 
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib. 
 
Məhkəmə prosesində şahid qismində ifadə verən taksi sürücüsü Yavər Məhərov bildirib ki, İrinanı dəfələrlə avtomaşınla lazım olan yerə aparıb-gətirib. Onun sözlərinə görə, cinayət baş verən gün o, rayonda olub:
 
"İrina mənə maşın lazım olduğunu, yükünün ağır olduğunu dedi, mən isə Bakıda olmadığımı və gələ bilməyəcəyimi bildirdim”.
 
İttiham aktına görə, Qorlova Rəhimovanı evini ələ keçirmək məqsədilə qətlə yetirib.
 
Qeyd edək ki, təqsirləndirilən qadın ittiham üzrə özünü qismən təqsirli bilib. O, rəfiqəsini öldürdüyünü etiraf etsə də, evi ələ keçirmək ittihamını qəbul etməyib:
 
"Məni bezdirmişdi, əsəbiləşib bıçaqla vurdum. Mənimlə mübahisə edirdi ki, niyə pul gətirmirsən, niyə içki almırsan”.
 
Proses davam edir.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol