• $
  • €
  • ₽
  • ₺
  • £

"Bas, getsin…" və ya müasir azərbaycanlıların fəlsəfəsi - KÖŞƏ

"Bas, getsin…" və ya müasir azərbaycanlıların fəlsəfəsi - KÖŞƏ
11.11.2014 19:21
Evimizə gedən küçəyə bu günlərdə yeni asfalt döşəndi. Amma necə döşəndi? Buna yamaq desək, daha doğru olar. Özü də necə gəldi, yamaq haaa...“Qaçqın Bazarı” ilə keçmiş “Trolleybus parkı”nın ərazisindəki dayanacağın arasında yerləşən küçə eybəcər görkəmdə idi.Daha doğrusu, bu, onun dəyişməz görkəmi idi. Təxminən, ildə 2-3 dəfə onu təmir edirlər, amma ilk yağışdan və daha dəqiq, ilk qardan sonra o, yenidən çuxurlara “qərq” olurdu.Bu dəfə bütün çuxurları yenidən asfaltlamağa qərar verdilər. Amma əgər əvvəl, yolu tamamilə bağlayırdılarsa, köhnə asfaltın qalıqlarını tamamilə çıxarıb, səthini hamarlayıb, yalnız bundan sonra yeni asfaltı döşəyirdilərsə, bu dəfə sadəcə deşikləri bağlamaqla kifayətləndilər.Bilmirəm, bəlkə də bu, onunla əlaqədardır ki, bizi nə prezident seçkiləri gözləyir, nə də parlament sekçiləri, sadəcə bələdiyyə seçkiləri keçiriləcək. Bəlkə də səbəb başqadır. Amma ilk dəfə idi ki, bu küçədə avtomobillərin hərəkətini dayandırmadan asfalt qoyurdular.Ciddi deyirəm. Yolun sağına asfalt qoyularkən, maşınlar yolun sol hissəsi ilə hərəkət edirdilər. Sonra əksinə. Və beləcə üç gün davam etdi. Yağışda da asfalt vurulurdu. Gölməçələrə, bəli, bəli, gölməçələrə... Asfalt tökən maşınla yox, xüsusi dırmıqların köməyi ilə (bağışlayın, bilmirəm, o dırmıq necə adlanır). Hər halda, mən yanından keçərkən, asfaltı məhz belə vururdular.Asfalt vuran işçilərdən biri iş icraçısından soruşdu. Bilmədim nə sual verildi, amma onlara yaxınlaşdıqca  iş icraçısının cavabını eşitdim:"Bas, getsin…".Amma bu yalnız bir kəlmə deyildi. Mən dərk etdim ki, bu kəlmədə bizim hamımızın mövcudluğu, həyatı öz əksini tapıb.Biz belə yaşayırıq. Ciddi deyirəm. Bizim üçün hazırda burada və indi tələb olunanı etmək vacibdir. Etmək və aradan cırmaq. Özünə sərf edən şəkildə...Biz sərnişinlərlə dolu avtobusa və ya metro vaqonuna daxil olarkən bu kəlmədən istifadə edirik: "Biraz da.. bas, getsin.." Əsas məsələ içəri keçməkdir. Necə keçməyimiz maraqlı deyil. Əgər kiminsə harasınısa əziriksə və ya kiminsə qulağına nəfəs alırıqsa, bu da əhəmiyyətli deyil. Əsas məsələ keçməkdir.Bu kəlmədən xırda biznesmenlər müştərilərə kələk gəlmək üçün istifadə edirlər: "Ala, bas getsin də, itələ ona". Əsas məsələ malı satmaqdır. İtələmək. Ondan qurtulmaq. Qazanmaq. Sabah nolacaq, elə də əhəmiyyətli deyil. Sabahın işinə sabah baxarıq.Bizim redaktorlarımız, jurnalistlərimiz də "Bas, getsin" prinsipi ilə işləyirlər, əsas məsələ nəsə yazmaq və canını qurtarmaqdır, saytı doldurmaq və aradan cırmaq."Gopa bas, getsin" kəlməsindən isə, bu və ya digər vəziyyətdə kimisə aldatmaq lazım olanda istifadə edirik. Çünki bu, bizə lazımdır. Sənin yalan danışmağın isə heç kəsin vecinə deyil."Bas, getsin" – bu, yalnız kəlmə deyil. Bu böyük bir fəlsəfədir. Xalqımızın fəlsəfəsidir. Bütün dövrümüzün fəlsəfəsidir. Bir neçə nəsilin. "Bas, getsin" – səni əhatə edən haqsızlıqla, yanlışlıqla mübarizə aparmaq qüdrətində yox, bunu istəməməyinin mövcudluq fəlsəfəsidir. Ani də olsa xeyir qazanmaq üçün, vəziyyəti dəyişməkdənsə, ona uyğunlaşmaq asan olduqda, onda bu kəlməni əldə rəhbər tut: "Bas, getsin...".P.S. Bizim küçəmizdə asfalt deşiyini bağladılar. Belə başa düşdüm ki, əsas məsələ o deşiyin bələdiyyə seçkilərinə kimi açılmamasıdır, ondan sonrası isə vacib deyil. "Bas, getsin daaaaa".Həmid HəmidovANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol