• $
  • €
  • ₽
  • ₺
  • £

Sərxan Kərəmoğlu: Mətanət Azərbaycan qadını adına ləkədir

Sərxan Kərəmoğlu: Mətanət Azərbaycan qadını adına ləkədir
20.08.2018 22:03
Müğənni Mətanət Əsədovanı qınayanlar sırasına bir vaxtlar öz proqramında ifaçını öpməkdən doymayan Sərxan Kərəmoğlu da qoşulub.
Oxu.Az xəbər verir ki, o, aparıcısı olduğu "Xoş gəldin” verilişində həmkarı haqda sərt fikirlər səsləndirib:
"Mətanətin ünvanına tənqid yazan hər kəsin əllərindən öpürəm. Düzgün edirsiniz. Tənqid yazarsınızsa, biz ondan nəticə çıxararıq. Mətanət xanım, dediyim sözün üstündə dururam. Sizin çox gözəl sənətiniz var, ifa etdiyiniz boğazlar bu gün heç kimdə yoxdur. Allah o vergini yalnız sizə verib. Amma mən aktyoram, siz mənim qarşımda aktrisalıq edə bilmərsiniz. Mən insanın səs tembrindən tuturam ki, bu insan mənə telefonda aktyorluqmu edir, ya həqiqəti danışır. 
Birincisi, sizi telefona çəkən insanı və orada oturanların kim olduğunu bilirəm, çox gözəl tanıyıram. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Bu necə yayılıbsa, onu siz yaxşı bilirsiniz. Bizim qarşımızda artistlik etmə. Bilirsən ki, xalqı aldatmaq olmaz. İçki içmisiniz, içməmisiniz, dediyinizə görə limon suyudur, olsun, amma sizin yanınızda oturanlar içki içibsə və söyüş söyürsə, buna gücünüz çatmırsa, qalxıb məclisdən getməli idiniz. Amma siz getmədiniz. Deməli, etdiyiniz hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. İkincisi, muğam oxumusunuz, orada sizə zarafatyana sözlər deyilib. Siz dərhal muğam oxumağı dayandırmalı və yenə çıxıb getməli idiniz. Bizim muğam və musiqi sənətimizi siz təhqir etmisiniz, orada əyləşən insanlar yox”.
Mətanət Əsədova isə Sərxana "Instagram" hesabında cavab verib.
"Evimdə yediyin çörək burnundan gəlsin. Sənə ayıb olsun. Sənin kimilərdir bizi ayaqlar altına atan. Allah bəlanı versin", - deyə müğənni yazıb.
Qeyd edək ki, Əsədovanın içki süfrəsində yayılan videosu tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol