"Onlar Türkiyəyə mənimlə könüllü getdilər..." – Qadın alverçisi

Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirli bilinən Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Gülər Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gülər Məmmədova saxlanılıb.
Güllər Məmmədovanın Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə, Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmədə ifadə verən Gülər Məmmədova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, deyib ki, zərərçəkmiş qadınlar könüllü onunla birlikdə Türkiyəyə gedib.
Növbəti proses avqustun 29-da davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























