Deputatdan universitetə qəbul olan ata ilə qızına zəng

Millət vəkili Aydın Mirzəzadə eyni universitetə qəbul olan ata və qızı ilə görüşəcək.
Axar.az xəbər verir ki, millət vəkili bu barədə özü məlumat yayıb. Deputat bildirib ki, onların bu addımı cəmiyyətə yaxşı bir nümunədir:
"Bu gün azyus.az saytında Ağcabədi rayon Sarıcalı kəndinin sakini Kərəm Süleymanovun qızı Nərgiz Süleymanova birgə Bakı Dövlət Universitetinin informatika müəllimliyi ixtisasına qəbul olunması xəbərini oxudum.
Kərəm müəllimin mobil telefon nömrəsini taparaq ona zəng etdim, özünü və qızını bayramları və uğurları münasibəti ilə təbrik etdim.
Qurban bayramından sonra görüşmək qərarına gəldik”.
Qeyd edək ki, Ağcabədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və Nərgiz Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar. Onlar Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























