• $
  • €
  • ₽
  • ₺
  • £

"Best model of Azerbaijan" bu səbəbdən 8 il keçirilməyib

"Best model of Azerbaijan" bu səbəbdən 8 il keçirilməyib
22.08.2018 15:52
Azərbaycanda 8 ildən sonra yenidən "Best model of Azerbaijan" müsabiqəsi keçiriləcək.

BAKU.WS xəbər verir ki, müsabiqənin ilk kastinqi sentyabrın 4-də baş tutacaq.

"Best model of Azerbaijan - 2018"-in milli direktoru Aqil Məmiyev müsabiqə haqqında saytımıza bunları deyib:

"İlk növbədə onu qeyd edim ki, müsabiqə Azərbaycanda 8 ildən sonra yenidən keçiriləcək. Bu illər ərzində Azərbaycandan lisenziyanı heç kim əldə etməmişdi deyə, ona görə də müsabiqə keçirilmirdi. Düşündüm ki, layihə üçün hər kəs darıxıb və yenidən keçirmək lazımdır.

Ötən illərə nəzər salsaq, görərik ki, müsabiqə həm görüntü, həm də təşkilatçılıq tərəfindən zəif olub. Bizim isə əsas məqsədimiz layihəni yüksək səviyyədə hazırlamaqdır. Təşkilati işlər qaydasında olanda qaliblər də, müsabiqə də medianın diqqətində olur. Burada əsas məqsəd qalib olan modellərə həm Azərbaycanda, həm də Türkiyədə inkişaf üçün hər bir şəraiti yaratmaqdır. Münsif heyətini hələ açıqlaya bilməyəcəyəm, amma Türkiyədən bir çox məşhurların gəlişi gözlənilir. Bir onu deyə bilərəm ki, müsabiqənin finalında Erkan Özerman iştirak edəcək. Qalib Azərbaycanı "Best model of the world"-da təmsil edəcək.

Bu il keçiriləcək müsabiqənin təşkilati işlər üzrə direktroru Pərviz Əzimzadə, baş prodüseri isə Rəna Sultanovadır". 

Qeyd edək ki, müsabiqə Azərbaycanda ilk dəfə 2000-ci ildə mərhum türkiyəli biznesmen Nahit Kabakçı tərəfindən keçirilib. Daha sonra müsabiqənin keçirilməsi xalq artisti Aygün Kazımovanın, müğənni Ruhi Əliyevanın təşkilatçılığı ilə müxtəlif illərdə Bakıda davam edib. 2010-cu ildə keçirilən sonuncu "Best model of Azerbaijan”-ın təşkilatçısı isə model Validə Abbasova olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol