• $
  • €
  • ₽
  • ₺
  • £

“Kasıb yaşayanların əksəriyyəti qorxaqlardır” – Hüquq müdafiəçisi

“Kasıb yaşayanların əksəriyyəti qorxaqlardır” – Hüquq müdafiəçisi
22.08.2018 15:41
Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşunas Aslan İsmayılov öz "Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.

Hüquqşünas onu sosial şəbəkədə izləyənlərin xeyli azaldığını bildirib:

"Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə "əşşi nəyimə lazımdır” deyənlərdir. Rəsmi statistikaya görə 50 mindən artıq xərçəng xəstəsi qeydiyyatdadır. Bu gün başıma gələn bütün müsibətlər bu xəstələrə görə yazdığım məqalələr, apardığım araşdırmalardır. Onların bircə faizi məhkəmələrimə gəlsələr 500-dən artıq insan olar. Məhkəməmə gələnlər isə sağlam və onlarla müqayisədə heç bir problemi olmayanlardır. İndi inanmağa başlayıram ki, bütün problemlərin günahkarı insanın özüdür”.

Aslan İsmayılovun müəllifi olduğu bu paylaşımda diqqət çəkən bəzi vacib məqamlar var. Açıq-aydın görünür ki, Aslan İsmayılov indiyə qədər apardığı "mübarizələrdə” əlində olan resurslar vasitəsilə virtual təzyiqdən məharətlə istifadə edib və bunun nəticəsində öz maraqlarını təmin edə biləcək uğurlar qazanıb. İndi isə proseslərin onun marağına uyğun şəkildə cərəyan etməməsi hüquqşunası dərindən məyus edir və o bütün qəzəbini səhifəsində olan izləyicilərin üstünə tökür.

Aslan İsmayılovun son paylaşımında çox ziddiyyət doğuran daha bir cümlə:

"Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə "əşşi nəyimə lazımdır” deyənlərdir”.

Yəqin ki, bu fikirlər Aslanizm adlı bir fəlsəfədən götürülüb. Cünki başqa heç bir fəlsəfi cərəyan və ya ideologiya bu avantyuranı dətəkləyə bilməz.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol