Çay və qəhvə orqanizmdə su itkisinə səbəb olur? - ELMİ TƏCRÜBƏLƏR

Dəqiq olmayan hesablamalara görə, dünyada hər gün 1.6 milyard fincan qəhvə, bundan 2 dəfə çox çay içilir. Mütəxəssislər hər bir insana sağlamılığını qoruması üçün 6-8 stəkan su içməyi tövsiyyə edir və vurğulayırlar ki, gün ərzində içilən çay, yaxud qəhvə buna daxil deyil.Bəs nə üçün mütəxəssislər çay və qəhvəni bədənin təlabatı olan maye kimi qəbul eləmir. Buna səbəb çay və qəhvənin tərkibində olan kafein maddəsidir. Amma bununla bağlı alimlər çox az araşdırma aparıblar. Bu təcrübələr içərisində ən çox maraq doğuranı 1928-ci ildə 3 ayrı-ayrı şəxs üzərində aparılan tədqiqatdır. Bəzi günlər bu adamlardan 4 fincan qəhvə, bəzi günlərisə çay içmələri istənilib. Bəzi günlər isə onlara nə çay, nə qəhvə verilib, sadəcə kafeinli su içirdilib. Bir müddət onların sidiklərinin miqdarı ölçülüb. Tədqiqat aparan mütəxəssislərin gəldiyi nəticə belə olub: bu adamlar 2 ay çay və qəhvədən uzaq durub kafeinli su içdikdə sidik miqdarı 50 faiz artıq olub. Amma yenidən müntəzəm olaraq qəhvə və çay içməyə başladıqda sidik miqdarı azalmağa başlayıb.Çox miqdarda kafein böyrəklərə qan axınını sürətləndirir və natriumun - duzun xaric olmasını zəiflədir. Bədəndə əmilməyən natrium ilə baş edə bilmək üçün daha çox sidik xaric edilməlidir. Kafeninin sidik sökdürücü xüsusiyyəti buradan qaynaqlanır. Lakin bu mövzuda qəti nəticəyə hələ də gəlinməyib.Ancaq daha normal miqdarda kafeninin sidik sökdürücü təsiri ilə bağlı aparılan araşdırmalarda dəqiq əlaqə görmək çətinləşib. Connecticut Universitetinin alimi Lawrance Armstronq apardığı son 10 araşdırma nəticəsində gəldiyi nəticəyə görə, kafeninin yüngül bir sidik sökdürücü xüsusiyyətə sahib olması xüsusiyyəti var. 15 müqayisəedici faktın 12-də adamlar kafeinli su içdikdə eyni miqdarda sidik xaric etdikləri müşahidə olunub.O halda niyə bir çox insan çay, ya da qəhvə içdiyində daha çox tualetə getdiyini düşünür? Bəzi mütəxəssislər hesab edir ki, əslində insanlar əsl çay. yaxud qəhvə əvəzinə kafein əlavə olunmuş su içirlər. Mütəxəssislər daha bir təcrübə aparıblar: 12 saat ərzində çay və qəhvə verilməyib, bunu əzəvində yalnız qaynamış su içirdilən adamların xaric etdikləri sidiyin miqdarında heç bir dəyişiklik müşahidə edilməyib. Başqa bir araşdırmada isə kafeinli su verilən adamlarda xaric olunan sidik miqdarlarında 41 faiz artım olduğu və bu zaman natrium və kalium çöküntülərinin də artdığı analiz edilib. Lakin bu təcrübənin qəhvə içməyə alışkın olan insanlarda necə bir nəticə verə biləcəyinə dair fikir yoxdur.İngiltərədəki Birmingham Universitetindən Sophie Gillərin bu il həyata keçirdiyi yeni bir araşdırmada isə yalnız sidik miqdarı deyil, böyrək funksiyaları və bədəndəki su miqdarı da ölçülüb. Təcrübəyə daxil olan adamlara normal gündəlik qəhvə miqdarından daha çox - hardasa dörd fincan artıq qəhvə içirdilib. Bu insanların bədənindəki su miqdarının gün boyunca yalnız su içənlərlə eyni səviyyədə olduğu müşahidə edilib.ANN.Az
























