• $
  • €
  • ₽
  • ₺
  • £

Polis oğlu sərxoş qonşusunu döyüb reanimasiyalıq etdi - Azərbaycanda

Polis oğlu sərxoş qonşusunu döyüb reanimasiyalıq etdi - Azərbaycanda
29.05.2020 09:06
Toyda yeyib içmiş 27 yaşlı gənc ayılan kimi rəsmi ərizə ilə rayon polis şöbəsinə müraciət edib
Xaçmaza toya gedən Quba sakini elə toydaca bərk döyülüb və xəstəxanalıq olub.
İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərindəki "Ariz" şadlıq sarayında keçirilən toy məclislərindən birində baş verib.
Quba rayonunun Adur kənd sakini, 27 yaşlı Elvin Fazil oğlu Abdrahmanov iştirak etdiyi toyda Xaçmazda yaşayan həmkəndlilərindən biri tərəfindən möhkəm döyülüb və Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan aldığımız məlumata görə, Elvin Abdrahmanov şöbəyə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ göz yuvasının sıyrılmış yaraları və sol gözün qançırı dioqnozları ilə, sərxoş vəziyyətdə gətirilib və ona dərhal tibbi yardım edilib.
Zərərçəkənin ailəsi artıq rəsmi ərizə ilə Xaçmaz polis şöbəsinə müraciət edib. Əldə etdiyimiz məlumata görə, Elvin Abdrahmanovu şil-küt edən əslən Adur kəndindən olan, hazırda Xaçmaz şəhərində yaşayan keçmiş polis işçisinin oğludur. Rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Hələlik döyülmə faktına görə saxlanılan yoxdur.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol