• $
  • €
  • ₽
  • ₺
  • £

Məkkədəki bəzi hacılarımızın səhhətində problem yarandı

Məkkədəki bəzi hacılarımızın səhhətində problem yarandı
24.08.2018 15:17
Həcc ziyarətinin bütün əməlləri yerinə yetirilib və azərbaycanlı hacılar avqustun 23-də Minadan Məkkəyə qayıdıb.

Bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hacılar avqustun 29-na kimi Məkkədə qalacaq və gündəlik namazları qılacaqlar.

H.Babayev bildirib ki, hazırda azərbaycanlılar arasında ağır xəstə yoxdur: "Sadəcə, insanlar arasında bir az soyuqdəymə halları qeydə alınıb. Bu da təbiidir. Hətta özüm də soyuqlamışam. Çünki isti havaya çıxıb hotelə geri qayıdanda soyuq su içir və kondisionerli otaqda oluruq. Ümumilikdə isə hər şey qaydasındadır. Hər kəsin əhval ruhiyyəsi yaxşıdır”.

QMİ rəsmisi vurğulayıb ki, azərbaycanlı hacılar avqustun 29-dan etibarən Mədinəyə yola düşəcək: "Sentyabrın 1-də isə üç reys olmaqla Bakıya geri dönüşlər həyata keçiriləcək”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol