• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 3 İŞİD-çinin adını antiterror siyahısına daxil etdi

Azərbaycan 3 İŞİD-çinin adını antiterror siyahısına daxil etdi
25.08.2018 17:19
Azərbaycan Maliyyə Monitorinqi Xidməti terrorçuluğu dəstəklədiklərinə görə sanksiya tətbiq olunmalı şəxslərin siyahısını genişləndirib.

Anews.az xəbər verir ki, bu barədə xidmətdən Trend-ə bildirilib.

Verilən məlumata görə, siyahıya İndoneziya vətəndaşı, Əbu Valid əl İndunisi adı ilə də tanınan Məhəmməd Yusup Kərim, Malayziya vətəndaşı, Mohd Rəbi bin Udin adı ilə tanınan Rafi bin Udin və Filippin vətəndaşı Abdul Rəhman adı ilə tanınan Məhəmməd Rza Lahaman Kiramın adı daxil edilib.

Hər üç şəxs İŞİD terror təşkilatına üzv olması ilə əlaqədar beynəlxalq axtarışdadır.
 
Siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə” Sanksiya Komitəsinin 9 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yenilənib.

Qeyd edək ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin ölkədaxili və beynəlxalq siyahısından ibarətdir.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol