• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat işçilərinə müjdə

Nəqliyyat işçilərinə müjdə
10.11.2014 23:17

Cari ilin doqquz ayında Azərbaycanın nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb. 

ANN.Az-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, işçilərin 51,2 faizi yerüstü və boru kəməri, 12,3 faizi su, 16,1 faizi hava nəqliyyatı, 20,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqısı 1,7 faiz artaraq 538,9 manat olub, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib. Əməkhaqqı metro nəqliyyatında 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmiryol nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 10,2 faiz artaraq 736,7 manat olub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol