• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda gərgin anlar

Bakı metrosunda gərgin anlar
27.08.2018 10:00
Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, səhər saat 08 radələrində metronun "Ulduz” stansiyası ilə "Nərimanov” stansiyası arasında hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Qatarda olan sərnişinlər gərginlik yaşayıblar. Qatar platformaya çatıb və sərnişinlər vaqonlardan düşürdülüb. Qatar depoya göndərilib.

Hadisə nəticəsində "Nərimanov”, "Gənclik” və "28 may” stansiyalarında qatarlar gecikdiyi üçün sərnişin sıxlığı yaşanıb. Eləcə də, "Sahil”, "İçərişəhər”, "Nizami”, "Elmlər Akademiyası”, "İnşaatçılar”, "20 yanvar” stansiyalarında da sıxlıq müşahidə edilib.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq nəticəsində "Həzi Aslanov” stansiyası ilə "İçərişəhər” və "Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarların hərkətində 7 dəqiqə gecikmə qeydə alınıb.

"Texniki nasazlıq yaranan qatar depoya göndərilib. Hadisə nəticəsində yaranmış qrafik pozuntusu yarım saat davam edib”, - deyə Bəxtiyar Məmmədov bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol