• $
  • €
  • ₽
  • ₺
  • £

"Şəhriyar Məmmədyarova dəstək olmağa hazıram" - Manaf Ağayev

"Şəhriyar Məmmədyarova dəstək olmağa hazıram" - Manaf Ağayev
27.08.2018 15:12
Şəhriyar Məmmədyarov Azərbaycanın fəxridir, özü də məcburi köçkün rayondan, Zəngilandandır. Əlbəttə, ona dəstək olmağa hazıram. Bir azərbaycanlı kimi nəyə gücüm çatırsa, edərəm.

Anews.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında tanınmış müğənni Manaf Ağayev Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Şəhriyar Məmmədyarovun sosial şəbəkədə yazdığı statusa münasibət bildirərkən səsləndirib. 

Qeyd edək ki, Ş.Məmmədyarov sözügedən statusda sponsorsuzluq ucbatından tez-tez məsul yarışlara çıxdığını bildirmişdi:

"İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsonla 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debutda böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdu. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdı! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman isə bu söhbətlər sadəcə mənasız olacaq. Təşəkkürlər diqqətə görə".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol