Bu rayonda 3 gün qaz olmayacaq

"Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və "Qaz İxrac” İdarəsinin balansında olan diametri 1020 mm-lik "Astara-Qazıməmməd” magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi həmçinin futlyarın quraşdırılması zəruriyyəti ilə əlaqədar 28 avqust 2018-ci il tarixindən etibarən üç gün müddətində təmir işləri aparılacaq.
Zəruri təmir işləri ilə əlaqədar, Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib