• $
  • €
  • ₽
  • ₺
  • £

"Oğlumun adını yaşatmaq üçün bir sot torpaq istədim, vermədilər" - Vüqar Həşimovun anası

"Oğlumun adını yaşatmaq üçün bir sot torpaq istədim, vermədilər" - Vüqar Həşimovun anası
29.08.2018 13:02
Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, Həşimova müraciətində bunları deyib:

"Mənim gücüm sonsuz deyil” deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi? Vüqar dünya şahmat reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını şərəflə yüksəldəndə Azərbaycan xalqı harada idi? Öz gücü və bacarığı ilə, halal zəhməti və əziyyəti ilə həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq "Mən Azərbaycanlıyam” deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harada idi? Haqsız şər və böhtanlar, haqsız iftiralarla "Vüqar ulduz xəstəliyinə” tutulub deyən şərəfsizlərə niyə səsinizi qaldırmadınız? Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar tək başına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər, öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiniz? 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 ildə ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər öz cəzalarını alacaqlarmı? O dünyada yox – bu dünyada”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol