• $
  • €
  • ₽
  • ₺
  • £

Səbuhi Məmmədli yanan dispanserlə bağlı ŞOK faktı açıqladı

Səbuhi Məmmədli yanan dispanserlə bağlı ŞOK faktı açıqladı
29.08.2018 15:05
İşlədiyim yerdə belə Vüsalə xanım , Qabil Abbasoğlu və daha bir-iki nəfər (məncə Şahin Cəfərli də bu siyahıya daxildir) istisna olmaqla heç kim bilmirdi ki, mən də bir, hə, məhz bir gün orada müalicə olunmuşam. Ora sözün həqiqi mənasında gestapo kimi bir yer idi".

Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratlarını bu cümlələrlə başlayıb. 

BAKU.WS xəbər verir ki, jurnalistin sosial şəbəkədə paylaşdığı təəssüratlarını təqdim edirik: 

"QULAQ” dakı həbs kampları belə oradan daha sivil görünürdü. Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik. İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir cəhənnəm vadisi idi. 

Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşicəsinə döyülməklə nəticələnirdi. 

Mən ora girdiyim günün axşamı cılız bir narkomanı o qədər döydülər ki, axşamacan uladı. Hə, zarımadı, məhz uladı. Sonra başının qanını yumaq üçün tualetə apardılar. Dəhlizdəki qan ləkələri bəlkə ora yananacan döşmədə qalmışdı. 

Burada müalicə olmaq yox, dəli olacağımı anladım. Dərhal növbətçi həkimdən telefon istəyib Samirəyə zəng etdim ki, təcili məni buradan çıxarın. Mən çıxdım, az sonra ora yandı. Oradakı yeganə nurlu insan olan Azər Sadəddinov da həlak oldu. Allah rəhmət etsin. Amma gec də olsa xeyirxah insanların köməyilə özəl klinikaların birində müalicə aldim. Yenicə bitirdim. Amma buranın da oz "maralları" vardı. Həkim, qidalanma, şərait, müalicə əla idi. Söhbət oradakı pasientlərdən gedir. Çox maraqlı taleli insanlardan. Yaxşı qonorar verən olsa, yazacam”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol