• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortanın qiyməti açıqlanıb

İcbari tibbi sığortanın qiyməti açıqlanıb
29.08.2018 17:34
Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini müəyyənləşdirib.

Anews.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında dövlət agentliyinin direktoru Zaur Əliyev deyib. 

"Bu proses pilot layihənin nəticələrinə əsasən həyata keçirilib və artıq, demək olar ki, başa çatdırılıb. Hesablamalarımızın nəticəsini və iqtisadi vəziyyəti nəzərə alaraq, biz bu məbləği 120 manat müəyyən etdik. Yəni, vətəndaş icbari tibbi sığorta etdirmək üçün aylıq 10 manat ödəməlidir”, - Əliyev deyib. 

Dövlət agentliyinin direktoru bildirib ki, ölkə vətəndaşlarının bəzi kateqoriyaları sığorta haqlarının ödənilməsindən azad olunacaq.

"Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək”, - Əliyev qeyd edib. 

Direktor əlavə edib ki, əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı qazanacaqlar.

"İşlə təmin olunan insanlar, əlbəttə ki, sığorta haqlarını qismən ödənilməsi imkanı qazanacaq”, - Əliyev qeyd edib. 

Azərbaycanda İcbari Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevralından fəaliyyətə başlayıb. 2016-cı ilin sonundan ölkədə İcbari Tibbi Sığorta pilot layihəsinin reallaşdırılmasına start verilib. Hazırda bu layihə Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol