• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatala sakini hər kəsin xəyal etdiyi evi yaratdı - VIDEO

Zaqatala sakini hər kəsin xəyal etdiyi evi yaratdı - VIDEO
29.08.2018 17:41
"Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır, amma mən razılaşmıram, bu evi ancaq ailəm üçün hazırlamışam"

Anews.az sputnik.az-a istinadən xəbər verir ki, Zaqatala sakini Tərlan Hacımadayevin 2 aya hazırladığı təkərlər üzərindəki ev hər kəsi heyrətləndirib. 

Mikroavtobusu lazımi avadanlıqlarla təchiz edən həmsöhbətimiz bununla da çoxdankı arzusunu reallaşdırdığını deyir: "Əvvəllər Rusiyada yaşamışam. Təqaüdə çıxdıqdan sonra belə bir maşın almaq istədim. Əslində, modul tipli maşın istəyirdim. Lakin sənəd məsələsində problem yarandı. Ona görə də bu maşını almaq qərarına gəldim".
 
"Rusiyada bu maşınlardan var idi. Lakin onları zavod hazırlayır, baha başa gəlir. Baxdım ki, bunu özüm də hazırlaya bilərəm. Bunu düzəltməyə, təxminən 40 min manat pul xərcləmişəm" — Hacımadayev bildirir.

Müsahibimizin hazırladığı səyyar evdə yaşayış üçün hər şərait var. O, bunu ailəsi üçün hazırladığını deyir: "Bu maşında 4 nəfər rahat şəkildə yaşaya bilər. Maşında hamam, tualet, soyuducu, su qızdırıcı, qaz və elektrik qızdırıcısı var. Bundan başqa, çarpayı, masa, soyuducu və Wi-Fi mövcuddur. Bir sözlə, yaşayış üçün nə lazımdırsa, bu maşında cəm olub".
 
"İstifadə olunan su arxada yerləşdirilmiş 400 litrlik çəndən əldə olunur. Ayrıca, tullantı çirkab sular üçün də əlavə 200 litrlik çən quraşdırmışam ki, ətraf mühit çirklənməsin" — deyə həmsöhbətimiz əlavə edir.

Qəhrəmanımız sərf olunan 220 volt elektrik enerjisinin maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunduğunu diqqətə çatdırır. Həmçinin, o, mikroavtobusun damına yaxın zamanlarda günəş enerjisi ilə işləyən panellər quraşdıracağını da bildirir.

Tərlan Hacımadayev əl əməyi ilə hazırladığı səyyar evini, artıq sınaqdan da keçirib: "Bu yaxınlarda Batumiyə getdik. Ailəliklə 10 gün istirahət edib gəldik. Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir. Ondan sonra dünya turuna çıxmağı planlaşdırıram".

"Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır. Amma mən razılaşmıram. Bu evi ancaq ailəm üçün hazırlamışam, 2 qızım, yoldaşım və mən" — deyə rayon sakini vurğulayır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol