• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu: Biri qolundan oldu, digərləri canından

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu: Biri qolundan oldu, digərləri canından
30.08.2018 13:29
Xəbər verdiyimiz kimi, ötən gün iki gənc faciəvi şəkildə dünyasını dəyişib. Belə ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. və 1990-cı il təvəllüdlü E.Z. intim münasibətdə olarkən qazdan boğularaq ölüb. Təəssüf ki, bu cür hadisələr Azərbaycanda ilk dəfə baş vermir.
 

BiG.AZ Azərbaycanda faciəvi şəkildə ölən gənclərin siyahısını təqdim edir: 


Qəbələdə bir-birini sevən iki gənc intihar edib. Hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb:

"Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.

2015- ci ilin oktyabr ayında Fəqan Fərzəliyev və Pərvin cütlüyü Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Nəticədə gənclər elektrik cərəyanı keçirib, ağır yanıq xəsarətləri almışdılar. Fəqanın bir qolu amputasiya olunmuşdu. Qeyd edək ki, 2016-cı ildə cütlüyün toyu olub. 

2016-cı ilin iyulunda Sumqayıt şəhərində maşında gənc oğlanla qızın meyiti tapılıb. Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənanla sevgilisi S.Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib. Hadisə baş verən günün səhəri Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb. Qeyd edək ki, S. Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi olub. Kənan isə Ukraynada təhsil alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol