Qayınana efirdə kürəkəni döydü - "Space"də biabırçılıq - VİDEO

"Space” telekanalında yayımlanan "Gəl dərdini danış” verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Anews.az Axşam.az-a istinadən xəbər verir ki, proqrama şikayət üçün gələn Afiq adlı şəxs arvadından şikayət edib. O bildirib ki, həyat yoldaşı onu aldadır. Afiq hətta uşağın ondan olmadığını bildirib. Buna görə də uşağa aliment ödəməkdən imtina edib.
Aparıcı Amil Xəlil isə həmin şəxsin DNT analizinə razı olmadığını söyləyib.
Afiqin keçmiş xanımı və qayınanası proqrama qatılıb. Afiq danışarkən əsəbiləşən qayınana ona hücum edib və əlindəki mikrofonu kişinin başına çırpıb. Daha sonra isə onu döyməyə başlayıb.
Daha sonra isə qadının ürəyi gedib və yıxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























