• $
  • €
  • ₽
  • ₺
  • £

Futbol ictimaiyyətinə ağır itki

Futbol ictimaiyyətinə ağır itki
31.08.2018 11:17
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib. 

Oxu.Az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra AFFA-nın əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Abbas Əzim oğlu Əzimov ömrünün 82-ci ilində dünyasını dəyişib.

Əzimov Abbas Əzim oğlu 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) "Dinamo” cəmiyyətində Əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb.

Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5 min və 10 min metr məsafələrə qaçanlar arasında mükafata layiq yerlər tutub.

1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında "Dinamo”nun şərəfini qoruyub.

Universitetdə oxuduğu illərdə yüngül atletika üzrə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edib. Yaxşı hakimliyinə görə Olimpiadanın xatirə medalına layiq görülüb. 

Bundan əlavə, Avropa çempionatı, Avropa Kuboku, "Dostluq-84” və bir çox beynəlxalq turnirlərdə hakimlik edib. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ilin idman yekunlarına görə A.Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib. 

1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİBS) üzvü olub. A.Əzimov 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına layiq görülüb. "Neftçi-70”, "Futbolumuzun futzal salnaməsi”, "Xatirələrdə yaşayanlar” və "Azərbaycan Milli Komandası” kitablarının müəllifidir. 1997-ci ilin aprelindən AFFA-da çalışırdı. O, AFFA-nın muzeyinin rəhbəri idi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol