• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan həkimləri dünya səhiyyəsində ilkə imza atdılar

Azərbaycan həkimləri dünya səhiyyəsində ilkə imza atdılar
31.08.2018 12:00
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb.

BAKU.WS xəbər verir ki, universitetin 1-ci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində cərrahi əməliyyat həyata keçirilib.

Professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycanın səhiyyə sahəsinin inkişafından xəbər verir. O qeyd edib ki, bu əməliyyat təkcə Azərbaycanın deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır:

"Təbii ki, Tədris Cərrahiyyə Klinikasının güclü bazası olmadan biz bu əməliyyatları icra edə bilmərik. Əməliyyat etdiyimiz qadın 5 ildir ki, ailəlidir. Xəstə bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi yarımçıq başa çatmışdır.

Buna səbəb dölün bətndaxili inkişafının sona qədər yerinə yetirilə bilməməsi idi. Uşaqlıq bu dölü saxlamırdı, nəticə dölün itirilməsi olurdu. İstmikoservikal çatışmazlıq - uşaqlıq boynu çatışmazlığı dediyimiz xəstəlik nəticəsində döl tələf olurdu”.

Professor Ş.Şahbazovun bildirdiyinə görə, yeganə yol tibdə yeni üsul tətbiq etmək olub:

"Əlbəttə ki, tibb elminə, təcrübi vərdişərə əsaslanaraq, yeni bir addım atdıq. Xəstə ilə ciddi danışıqlar aparıldı, razılıq əldə olunandan sonra hamiləliyin 14-cü həftəsində hamilə uşaqlıq üzərində cərrahi əməliyyatı icra etdik. Süni şəkildə sfinktor yaratmalı idik ki, döl uşaqlıqdan xaric olmasın, bu dölü hamiləliyin sonuna qədər saxlaya bilsin.

Biz dünya səhiyyəsində ilk dəfə olaraq, belə bir əməliyyatı icra etdik. Bu əməliyyatın icrası ondan ibarət oldu ki, süni şəkildə artıq həm autoplastika ilə, həm də sintetik materiallardan istifadə edərək, uşaqlıq və uşaqlıq boynu arasındakı məsafədə sfinktor yaratdıq. Və bu sfinktor qapalı şəkildə oldu”.

Qeyd edək ki, xəstə üzərində əməliyyat çox riskli keçib. Hamiləlik müddətində xəstə həkim nəzarətində olub.

Hamiləliyin 35-ci həftəsində 2300 qram çəkidə oğlan uşağı dünyaya gəlib. Hazırda həm qadın, həm də körpə özünü yaxşı hiss edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol