Gündə 1 ədəd yeməklə 300 dollar qazanacaqlar.

ANEWS.AZ xarici mətbuata
istinadən xəbər verir ki ,Kaliforniya Universitetində aparılan bir araşdırma ilə
ortaya çıxan xəbərlərə görə bir təcrübə üçün 250 insana ehtiyac var. Üzərlərində
təcrübə aparılacaq insanlar sadəcə gündə 1 avokado yeməklə 300 dollar mükafat qazanacaqlar.

www.anews.az

Xəbərlərə görə bütün
bu təcrübələrin qarşılığında 2 il boyunca pulsuz müalicə və müayinə imkanı və əlavə
də 300 dollar kimi bir mükafat verilir. Eyni zamanda araşdırma sona çatdırıldığında
təcrübəyə qatılanlar Hass Avocado Board tərəfindən verilən 24 hədiyyə avokado
ilə evlərinə geri dönəcəklər.
Lakin əsas məqamlardan
biri də odur ki, təcrübəyə qoşulmaq istəyən şəxlər bəzi göstəricilərə uyğun gəlməlidir.
Belə ki 1 ay boyunca 2 ədəd və ya 6 ay boyunca
gündə 1 ədəd avokado yemək , 25 yaşından yuxarı olmaq və qadınlarda bel
genişliyinin 89 sm , kişilərdə isə 1 metrin üzərində olması mütləqdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























