• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı İbrahim Nehrəmlinın binası yandı

Hacı İbrahim Nehrəmlinın binası yandı
01.09.2018 09:00
Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə(İbrahim İbrahimov) məxsus olduğu bildirilir.


Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:


"Bəli yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.


İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü bildirib:


"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyan yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. "Hacı İbrahimin 3 mərtəbəli binası yandı” deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol