• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda binaların eyvanlarından paltar ipləri sökülür - VİDEO

Yasamalda binaların eyvanlarından paltar ipləri sökülür - VİDEO
01.09.2018 09:08
Yasamal rayon İcra Hakimiyyəti şəhərin estetik görünüşünün pozulmaması üçün mərkəzi prospektlərdə yaşayan sakinlərə eyvanlardan paltar asmağı qadağan edib. Bu gün rayon polis idarəsinin və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları bir neçə binada, evyanda paltar qurutmaq üçün asılan ipləri söküblər.


Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları eyvanı mərkəzi küçə və prospekə baxan sakinlərə paltar asmağı qadağan etsə də, buna məhəl qoyan yoxdur. Bu səbəbdən də rayon polis idarəsinin və ərazi üzrə mənzil istisimar sahəsinin əməkdaşları birgə reyd keçirərək eyvanlardan paltar iplərini söküblər.


64 saylı Mənzil İstisimar Sahəsinin rəisi Sədulla Abıyev bildirib ki, paltar iplərinin yığışdırılmasının səbəbi binaların ümumi görünüşünə xələl gətirilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.


Qeyd edək ki, bu gün ərzində Yasamal rayonunda polisin də iştrakı ilə İnşaatçılar, Nərimanov, Hüseyn Cavid prospektlərində, M.Müşfiq və H.B.Zərdabi küçələrində 50-dən çox binada paltar qurutmaq üçün asılan iplər kəsilib, sakinlərə bir daha xəbərdarlıq edilib.


Polis əməkdaşları Mikayıl Müşfiq küçəsində icazəsiz reklam lövhələrini də yığışdırıb. Həmin lövhələri qoyan obyekt sahiblərinə isə ciddi xəbərdarlıq edilib.


Yasamal rayon polisi idarəsinin əməkdaşları aidiyyatı qurumlarla birgə bu cür tədbirləri mütəmadi olaraq aparacaq.

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol