• $
  • €
  • ₽
  • ₺
  • £

"İslam dinini bəhanə edərək, Azərbaycana təsir göstərməyə cəhd edirlər"

"İslam dinini bəhanə edərək, Azərbaycana təsir göstərməyə cəhd edirlər"
08.11.2014 11:45

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün treninq keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, sözügedən mövzuda silsilə tədbirlər keçirmək nəzərdə tutulur. Onun sözlərinə görə, burada əsas məqsəd gənclərlə görüşərək, milli mənəvi dəyərlər barədə fikir mübadiləsi aparmaqdır: “Tədbir bu gün və sabah diskussiyalar şəklində davam etdiriləcək”.

 

M. Qurbanlı qeyd edib ki, Azərbaycan sosial-iqtisadi sahədə və digər sahələrdə çox böyük uğurlar əldə etsə də, milli-mənəvi dəyərlər məsələsində bir gerilik var: “Ölkədə iqtisadiyyatın, digər sahələrin inkişafına uyğun cəmiyyətin alt qatında da inkişaf baş verməlidir. Mənəvi aləmimizi, milli-mənəvi dəyərlərimizi inkişaf etdirməliyik. Biz tarixi keçmişimizdən ibrət götürməliyik. Azərbaycanın müstəqil dövlət kimi öz hədəfləri var. Bizim əsas məqsədlərimiz müstəqilliyimiz qorumaq, dünya azərbaycanlıları üçün dövlətimizi bir istinad yerinə çevirməkdir”.

 

Komitə sədri bildirib ki, bəzi xarici qüvvələr İslam dinini bəhanə edərək Azərbaycana təsir göstərməyə cəhd edir: “Dinimiz mənəvi dəyərimizdir. Ancaq bəzən müəyyən xarici dairələrin təsirini üzərimizdə hiss edirik. Biz hansısa xarici qüvvələrin ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür”.

 

Tarix elmləri doktoru, professor Yaqub Mahmudov çıxışında hazırda dünyada etnik, milli və dini toqquşmaların baş verdiyini deyib. Onun sözlərinə görə, dünyanın güc mərkəzləri müəyyən məsələləri bəhanə edərək, Azərbaycanın daxili işlərinə qarışır: “Necə olur ki, ABŞ-da dövlətə xəyanət edən adam sonu “elektrik stolu”nda oturmaqla - edamla başa çatır, Azərbaycana gələndə, bunun insan haqlarına zidd olduğunu deyirlər. Ölkələrin daxili işlərinə qarışır, siyasi məhbus siyahısı tuturlar. Bəs 1 milyondan çox qaçqınımız haqqında dünya düşünürmü? Xeyr. Hazırda vahid dilli dünyanın yaradılması prosesi gedir. Ancaq biz tarixi keçmişimizə dönərək öz dinimizə, dilimizə, dövlətimizə sahib çıxmalıyıq. Bu gün mürəkkəb dünyadakı reallıqları nəzərə almalıyıq. Dünyada sabitliyi, təhlükəsizliyi qorumaq üçün səmavi dinlərin xüsusi rolu var. Bu baxımdan hesab edirəm ki, biz İslami dəyərlərimizi qorumalıyıq. İslamdakı parçalanmanın, qarşıdurmanın qarşısını almaq üçün hər kəs əlindən gələni etməlidir”.

 

Tədbir gənclərlə diskussiya şəklində davam etdirilib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol