• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
01.09.2018 14:49
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə dayanma-durma və parklanma qaydalarının pozulması, bunun tıxac və sıxlığa səbəb olması əksini tapıb.

DYP həmçinin sürücülərə bəzi tövsiyələr də verib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümünün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır. Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar. Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz. Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır, inzibati məsuliyyət yaradır. Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, "Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.

DYP yeni dərs ilinin başlanması ərəfəsində sürücülərin bu müraciətə diqqətlə yanaşmasını vacib sayır və qeyd edir ki, həm özlərinin, həm də digərlərinin paytaxt küçələrində rahat və təhlükəsiz, eyni zamanda fasiləsiz hərəkətini təmin etmək YPX əməkdaşları ilə yanaşı, elə sürücülərin də borcudur: "Bu, hər birimizin üzərinə məsuliyyət qoyur. Yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozmayaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol