Kolleclərə ixtisas seçimi başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Dövlət İmtahan Mərkəzindən AzVision.az–a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
İxtisas seçmək hü¬ququ olan abitu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri¬yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























